19 fevral tarixində Astara Olimpiya İdman Kompleksində 18-ci turun bağlanış oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Zirvə Astara BK" komandası doğma azarkeşlər önündə "Sərhədci PİK" basketbolçularını qəbul edib.
Oyuna "Sərhədçi PİK" basketbolçuları sürətli başlayıblar və yekunda rəqib üzərində 92-76 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" ( Cerret Henderson - 21 xal, 10 ribaund ), "Sərhədçi PİK" ( Maksvel Starvud - 22 xal, 9 ribaund )
Qeyd edək ki, 19-cu turun oyunları 22-26 fevral tarixləri aralığında baş tutacaq.


Rəşad Rafiqoğlu, Bizim.Media