İsrailin paytaxtı Tel-Əvivdə cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə 4 idmançımız mübarizəyə qoşulub.
Onlardan 3-ü ilk görüşlərini qələbə ilə başa burublar. 90 kq-dakı təmsilçimiz Məmmədəli Mehdiyev Türkmənistan təmsilçisi Məmmədəli Açıldıyevi məğlub edib.
100 kq-da yarışa Zelim Kotsoyev braziliyalı Rafael Buzakarinidən üstün olaraq ¼ finala çıxıb. 100 kq-dan yuxarı çəkidə tatami üzərinə çıxan Uşaqqi Kakauri də uğur qazanıb.
O, Rumıniya nümayəndəsi Mirçi Krotoriyaya qalib gələrək ¼ finala adlayıb. Eyni çəkidəki digər cüdoçumuz Camal Həmzətxanov isə Almaniya cüdoçusuna uduzaraq yarışda mübarizəni dayandırıb.
Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media