Türkiyənin “Hatayspor” klubunun futbolçusu Kristian Atsu Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.
Bizim.Media "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə qanalı hücumameylli yarımmüdafiəçinin agenti Murat Uzunmehmet açıqlama verib.
O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.
Qeyd edək ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi", "Everton" və "Nyukasl" kimi klublarında da çıxış edib.
Qeyd edək ki, Atsu zəlzələdən bir gün öncə son dəqiqə qolu vuraraq "Hatayspor"a qələbə qazandırmışdı.
Həmin qolun görüntülərini təqdim edirik:
Bizim.Media