Türkiyə Superliqasının 23-cü turunda zəlzələ səbəbindən təxirə salınmış oyunların keçiriləcəyi vaxt açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb.
"Giresunspor" - "Kayserispor", "Fənərbağça" - "Konyaspor" oyunları fevralın 25-də olacaq.
"Ümraniyespor" - "Adana Demirspor" görüşü isə fevralın 26-da keçiriləcək.
Həmçinin bildirilib ki, İstanbuldakı terror səbəbindən 16-cı turda təxirə salınan "Beşiktaş" - "Antalyaspor" qarşılaşması da fevralın 26-də oynanılacaq.
Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ olub. Son məlumatlara əsasən, fəlakət nəticəsində 38 044 nəfər həlak olub.
Bizim.Media