Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu, "Mançester Yunayted"dən Markus Reşford olub.
26 yaşlı forvard "Monako"dan (Fransa) Aksel Disasi, "Sevilya"dan (İspaniya) Lukas Okampos və "Şaxtyor"dan (Donetsk, Ukrayna) Dmitri Krıskivi qabaqlayıb.
Qeyd edək ki, Markus Reşford pley-offun ilk oyununda - "Barselona" ilə 2:2 hesablı heç-heçə etdikləri matçda komandasının ilk qolunun müəllifi olub.
Bizim.Media