“Qarabağ”ın bir çox futbolçuları xarici klubların diqqətlərini cəlb etməkdə davam edir.
Bizim.Media xəbər verir ki, həmin oyunçulardan biri Kevin Medinadır.
Kolumbiyalı müdafiəçi hələ ötən ilin yayından Türkiyə Superliqa təmsilçisi “Ankaragücü” klubundan təklif alıb.
Qış fasiləsində paytaxt təmsilçisi yenidən təcrübəli futbolçuya təklif göndərib. Ancaq hər ikisində Medina Türkiyə klubunun təklifindən imtina edərək “Qarabağ”da qalmaq istədiyini bildirib.
Rəşad Rafiqoğlu, Bizim.Media