"Çox gözəl nəticədir. "Qarabağ" yaxşı oyun göstərdi".
Bizim.Media xəbər verir ki, bi sözləri Sport24.az saytına müsahiibəsində Azərbaycan milli komandanın baş məşqçisi Canni de Byazi deyib.
Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyundan danışan italiyalı mütəxəssis fikirlərini bunları da əlavə edib:
"Qarabağ" meydanda özünü yaxşı tərəfdən göstərdi və imkanlardan düzgün yararlana bildi. Müdafiədə az risk etdilər. Düşünürəm ki, Azərbaycan çempionu qələbəyə layiq idi".
Bizim.Media