Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Belçikanın"Gent" klubu ilə üz-üzə gəlib.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda görüşü minimal hesablı qələbə ilə başa vurub.
Oyunda yeganə qolu 78-ci dəqiqədə Leandro Andrade vurub.
Qeyd edək ki, 52-ci dəqiqədə Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib. Cavab qarşılaşması fevralın 23-də Belçikada keçiriləcək. Konfrans Liqası Pley-off mərhələsi, ilk oyun 16 fevral 21:45 "Qarabağ" - "Gent" (Belçika) 1:0 (İkinci hissə)
Qol: Leandro Andrade, 78
Baş hakim: Mohammed Əl-Hakim (İsveç)
Rəşad Rafiqoğlu, Bizim.Media