Tel-Əviv Böyük Dəbilqə turnirində -66 kq. çəkidə mübarizə aparan cüdoçumuz Orxan Səfərov yarımfinalda gürcüstanlı idmançı Laşa Nadiradzeyə qalib gələrək finala çıxıb.
Bizim.Media xəbər verir kimi, Orxan finalda Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili və İspaniya təmsilçisi Alberto Qaitero Martin arasında olan görüşün qalibi ilə qızıl medal uğrunda mübarizə aparacaq.
Final görüşləri bu gün saat 19:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
