Azərbaycanlı hücumçu Mahir Emreli Türkiyənin “Konyaspor” komandası ilə ilk məşqinə çıxıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşq başlamazdan əvvəl Emreli və klubun digər yeni transferi Marlos Moreno kollektivə təqdim edilib.
“Konyaspor”un baş məşqçisi Aleksandar Stanoyeviç onlarla söhbət edib. Baş məşqçi yeni gələnlərdən gözləntilərini bölüşüb.
Türkiyə Super Liqasında yaranmış fasilə səbəbindən “Konyaspor” fevralın 22-də “Gənclərbirliyi” ilə yoxlama oyunu keçirməyi planlaşdırır. Mahir bir neçə gün əvvəl Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan icarə əsasında “Konyaspor”a keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media