“Səbail” klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər.
Bizim.Media xəbər verir ki, Bayıl təmsilçisinin maraqlandığı futbolçulardan biri də “Kəpəz”də çıxış edən Ahmet Ayzayadır.
Bu mövsüm Gəncə təmsilçisinin heyətində ən yaxşılardan biri olan hücumçu Şahin Diniyevin diqqət mərkəzinə düşüb. Mövsümün sonunda “Səbail” hücumçunun transferi üçün danışıqlara başlayacaq.
Qeyd edək ki, Ayzaya “Kəpəz”ə “Zirə”dən transfer olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media