U-21 yığmasının yarımmüdafiəçisi Emil Mustafayev “Neftçi“dən dəvət alıb.
Bizim.Media xəbər verir ki, Bakı klubu hazırda “Aleksandriya”nın formasını geyinən oyunçuya təklif göndərib. Ukrayna təmsilçisinin millimizin üzvünü heyətində saxlamaq istəsə də, o, mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməkdən imtina edib.
"Neftçi" "Lvov" və "Minay"ın da xidmətində maraqlı olduğu Emillə 3+1 illik kontrakt imzalamaq niyyətindədir.
Rəşad Rafiqoğlu, Bizim.Media