“Zirə”nin əsas oyunçularından biri olan Coşqun Diniyev yayda komandanı tərk edə bilər.
Bizim.Media xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Səbail” maraqlanır. Diniyevin atası Şahin Diniyev hazırda “Səbail”in baş məşqçisidir.
Təcrübəli mütəxəssis növbəti mövsüm oğlunu da öz komandasında görmək istəyir. Qeyd edək ki, Coşqun Diniyev 2021-ci ildən “Zirə”nin şərəfini qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media
