21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Emre Kaplan "Adanaspor"dan ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə 22 yaşlı müdafiəçi özünün "İnstaqram" hesabında məlumat verib.
O, "Adanaspor" zəlzələ səbəbindən Türkiyə 1-ci liqasında çıxışını dayandırdığı üçün bu addımı atıb.
Qeyd edək ki, müqavilə ilə "Başakşehir"ə məxsus olan E.Kaplan bu mövsümün əvvəlindən icarə əsasında "Adanaspor"da oynayırdı.
Bizim.Media