"Zirə" yeni transferi Eldar Quliyev üçün sabiq klubu "Minay"a ödəniş edib.
Bizim.Media xəbər verir ki, "transfermarkt" portalı 21 yaşlı yarımmüdafiəçinin "qartallar"a keçidinin 100 min avroya başa gəldiyini qeyd edib.
Qeyd edək ki, "Zirə" Quliyevlə 3,5 illik müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media