Mili komandamızın forvardı Mahir Emrelinin şərəfini qoruduğu Xorvatiyanın “Dinamo” Zaqreb klubu Mahir Emrelinin transfer qiymətini açıqlayıb.
Bizim.Media xəbər verir ki, klub rəhbərliyi hücumçumuza 2 milyon 500 min avro qiymət qoyub.
Hazırda Mahir Emreli Türkiyənin “Konyaspor” klubuna icarəyə verilib. Müqavilədə Türkiyə klubunun futbolçumuzun transfer hüququnu almaq səlahiyyəti də var.
Bizim.Media