"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi "Uypeşt"dən Matiya Lyuyiçi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Səbail"də forma geyinəcək. Serbiyalı futbolçu bu mövsüm "Uypeşt"lə 13 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
