Türkiyə millisinin üzvü Merih Demiralın qardaş ölkədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək üçün başlatdığı kampaniya çərçivəsində daha 3 forma satılıb.
Bizim.Media "NTV Spor"a istinadən xəbər verir ki, bunlar Eden Hazard, Alvaro Morata və Kevin de Brüynenin formalarıdır. 3 formanın hərracda satışından ümumilikdə 1 milyon Türk lirəsi qazanılıb. Məbləğ zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə Türkiyəyə göndərilib.
Daha əvvəl Merih Demiral vasitəsi ilə Paulo Dibala, Kriştiano Ronaldo və Leonardo Bonuccinin formaları hərracda satılmışdı. Bundan əldə olunan 5 milyon Türkiyə lirəsi qardaş ölkəyə göndərilib.
Həmçinin Erlinq Haaland, Lionel Messi, İlkay Gündoğan, Emre Can, Harri Keyn, Deyan Kuluşevski, Neymar, Kilian Mbappe də imzalı formalarının Merih Demiral vasitəsi ilə satışa çıxarılmasını və əldə olunan gəlirin Türkiyəyə göndərilməsini istəyiblər.
Bizim.Media