"Qarabağ"ın transferi Yassin Benzia yeni klubunda rəsmi debüt edib.
Bizim.Media xəbər verir ki, o, Misli Premyer Liqasının 22-ci turunda hazırda davam edən "Sabah"la matçda meydana çıxıb.
28 yaşlı yarımmüdafiəçi 80-ci dəqiqədə Leandro Andradenin əvəzinə oyuna daxil olub.
Qeyd edək ki, Ağdam təmsilçisi Benzianı yanvarın 26-da Fransanın "Dijon" klubundan alıb.
Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
Bizim.Media