Misli Premyer Liqasında 22-ci tur davam edir.
Bizim.Media xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan birincisi artıq yekunlaşıb.
Qərb derbisində "Turan Tovuz" doğma meydanda "Kəpəz"i 2-0 hesabı ilə məğlub edib. Meydan sahiblərindən Runi Eva ilə Xəyal Nəcəfov fərqlənib. Oyunun 84-cü dəqiqəsində “Kəpəz”in qapıçısı Orxan Sadıqlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Günün digər matçında isə lider "Qarabağ" 2-ci yerdəki "Sabah"ı qəbul edəcək. Bu oyun saat 17:00-da start götürəcək.
11 fevral (şənbə) 14:00.
“Turan Tovuz” – “Kəpəz” - 2:0 (İkinci hissə)
Qol: Runi Eva, 45 (1:0), Xəyal Nəcəfov, 48 (2:0)
Qırmızı vərəqə: Orxan Sadıqlı, 84 ("Kəpəz" - qapıçı)
Rəşad Rafiqoğlu, Bizim.Media