Altı ildir «Neftçi»nin şərəfini qoruyan Emin Mahmudovun klubu tərk edəcəyi ilə bağlı söz-söhbətlər bitmək bilmir.
Bizim Media xəbər verir ki, indi də “Sabah” klubunun futbolçuya maraq göstərdiyi məlum olub. «Sabah»a keçə bilər. Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev «ağ-qaralar»ın kapitanının xidmətində maraqlıdır.
Rusiyalı mütəxəssis yarımmüdafiəçiyə xəbər göndərərək, onu komandasında görmək istədiyini bildirib. Qeyd edək ki, “Neftçi”nin kapitanının mövsümün sonunda “ağ-qaralar”la müqaviləsi başa çatır. Onun gələcək karyerası ilə bağlı hələ dəqiq vermədiyi deyilir.
Rəşad Rafiqoğlu, Bizim.Media