FİFA 2022-ci ilin ən yaxşı kişi və qadın futbolçuları nominasiyaları üzrə mükafatların ("The Best" mükafatı) finalçılarını açıqlayıb.
Bizim.Media qurumun rəsmi saytına istinadən məlumatına görə, kişilər üzrə siyahıda 3 futbolçu yer alıb.
Onlar aşağıdakılardır:
Kişi futbolçular
1. Kərim Benzema (Fransa / "Real")
2. Lionel Messi (Argentina / PSJ)
3. Kilian Mbappe (Fransa / PSJ)
Ən yaxşı qadın futbolçular üzrə siyahıda da 3 oyunçu yer alıb:
Qadın futbolçular
1. Bet Mid (İngiltərə, "Arsenal")
2. Aleks Morqan (ABŞ, "San Dieqo Veyv")
3. Aleksiya Putelyas (İspaniya, "Barselona")

Bizim.Media