"Qarabağ"ın Bakıda Belçika "Gent"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Cavab matçı isə fevralın 23-də Gentdə olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media