"Qarabağ"ın sabiq futbolçusu Xayme Romero karyerasını İranda davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Təbriz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belə ki, ispaniyalı vinger Təbrizin "Traktor" klubuna keçib. Müqavilənin detalları haqqında isə məlumat verilməyib.
Qeyd edək ki, Xayme Romero 2019-2022-ci illərdə "Qarabağ"da çıxış edib. 32 yaşlı futbolçunun son klubu İspaniyada "Kartaqena" olub.
Rəşad Rafiqoğlu, Bizim.Media