“Səbail” klubu heyətinə yeni futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, Bayıl təmsilçisi serbiyalı yarımmüdafiəçi Matiya Luyiçlə güclənib.
29 yaşlı futbolçunun son klubu Macarıstanın “Uypeşt” komandası olub.
O, həmçinin İsrailin “Hapoel” (Hayfa), “Bney Yehuda”, Litvanın “Jalgiris”, Koreyanın “Qanqvon” klublarında da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media