İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilıə imzalayıb.
Bizim.Media xəbər verir ki, aşağı liqada mübarizə aparan “Deportivo Penas Oskenses” Rəsul Məmmədovla münasibətlərini rəsmiləşdirib.
İki həftə ərzində baxışdan keçən 2005-ci il təvəllüdlü hücumçu 4 il bu ölkədə legioner həyatı yaşayacaq. O, Azərbaycanda ROFM-un formasını geyinib. Rəsul əməkdar məşqçi Adil Mahmudovun tələbəsidir və onun vasitəsilə İspaniyaya yollanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media