"Tottenhem"in baş məşqçisi Antonio Konte əməliyyat olunduqdan sonra İngiltərəyə qayıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
İtaliyalı mütəxəssis öd kisəsini çıxarmaq üçün əməliyyat olunub.
Qeyd edilib ki, Kontenin sağalması bir qədər vaxt aparacaq. Onun fevralın 11-də "Lester"lə Premyer Liqanın səfər matçında iştirak etməsi ehtimalı azdır.
Bizim.Media