Dünya futbolunun ulduzu 35 yaşlı Lionel Messi də Türkiyə və Suriyada iki gün əvvəl baş vermiş dəhşətli təbii fəlakətə biganə qalmayıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, idmançı zəlzələ bölgələrinə 3.5 milyon avro (təxminən 6,4 milyon manat) ianə edib.
Qeyd edək ki, bu saata olan ən son məlumata görə Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 min 57 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 52 min 979 nəfər yaralanıb.
Dağılan bina sayı isə 6 min 444 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media