Bu günlərdə bütün dünyada zəlzələ zonası olan Türkiyəyə yardımlar gəlir.
Bizim.Media xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi olan Belçikanın “Gent” klubu da kampaniyaya qoşulub.
Belçika təmsilçisi ərzaq məhsullarından ibarət bağlamaları Türkiyəyə göndərib.
Qeyd edək ki, zəlzələ baş verən gün “Gent” klubu həmrəylik nümayiş etdirərək ev oyunlarını keçirdiyi klubun “Ghelamco Arena” stadionunun fasadını Türkiyə bayraqları ilə işıqlandırmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media
