Azərbaycanın futbol klubları da Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkmiş insanlara yardım kampaniyasında iştirak edirlər. “Sabah” və “Turan Tovuz”dan sonra “Qəbələ” klubu da aksiyaya qoşulub.
Klubdan Bizim.Media-ya verilən məlumata görə, klubun əməkdaşları ümumi bir fond yaradaraq burada toplanan məbləği zəlzələdən əziyyət çəkən insanlara yardım fondunun hesabına köçürüblər.
Rəşad Rafiqoğlu, Bizim.Media