Azərbaycan futbol klubları da Türkiyədə baş vermiş zəlzələ qurbanlarına yardım etməyə başlayıb.
“Turan Tovuz” klubunun rəhbərliyi bu işə azarkeşləri cəlb etmək üçün maraqlı addım atıb. Belə ki, Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləcək “Turan Tovuz” – “Kəpəz” oyununun biletlərinin satışından gələn bütün gəlir zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə dəstək üçün göndəriləcək.
Bu barədə Bizim Media-ya “Turan Tovuz” klubundan məlumat verilib.
Klub rəhbərliyi həmçinin yardım kampaniyasına qoşulmaq üçün “Qərb derbisinə bilet al, Türkiyəyə dəstək ol” şüarı ilə də çıxış edib.
Biletləri "Turan Tovuz"un kassasından əldə edə bilərsiniz.
Alçina Amilqızı, Bizim.Media
