Hazırda ölkəmizdə demək olar ki, hamı Türkiyədə baş verən zəlzələ qurbanlarına yardım göstərməyə çalışır. Kimin nəyə imkanı çatırsa, qardaş ölkədə ehtiyacı olanlara göndərir. Bu mənada idman sahəsi də istisna deyil.
Bizim.Media xəbər verir ki, yardıma ilk qoşulanlar arasında futbol klublarının azarkeşləri də var. Belə ki, “Sabah” klubunun əsas azarkeş qruplarından biri olan “Soldati Sabah”a qrupu zəlzələ qurbanlarına yardım üçün xüsusi kompaniyaya başlayıb.
Bu barədə qrup öz sosial şəbəkə hesablarında xüsusi paylaşım da edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
