"Sabah" aparıcı futbolçulardan biri olan Aleksey Kaşuku heyətdə saxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, klub tərəfindən ukraynalıya yeni müqavilə təklif olunacaq.
Paytaxt klubu burada icarə əsasında oynayan futbolçunun transfer hüququnu almaq istəyir. Ancaq Kaşukun məxsus olduğu Donetsk “Şaxtyor”u hücumçuya görə yüksək məbləğ tələb etdiyindən onun yenidən icarəyə götürülməsi gündəmə gəlib. Qeyd edək ki, Aleksey Kaşuk ötən ildən “Sabah”ın şərəfini qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media