“Qarabağ”ın transfer etmək istədiyi daha bir futbolçunun adı məlum olub.
Bizim.Media xəbər verir ki, çempion Portuqaliyanın “Tondela” klubunun müdafiəçisi Manu Ernando ilə maraqlanır.
İspaniyalı futbolçunun komandası ilə müqaviləsi bu ilin yayında başa çatacaq. Ağdam təmsilçisi artıq indidən futbolçu ilə ilkin danışıqlara başlayaraq mövsümün sonunda onu azad agent kimi heyətə cəlb etmək istəyir.
“Qarabağ” qış fasiləsində “Tondela”nın digər üzvü Telmu Arkanjini transfer etmək istəsə də, tərəflər razılığa gələ bilməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media