“Neftçi” klubu daha bir futbolunu heyətinə qata bilər.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisinə çexiyalı yarımmüdafiəçi Tomas Netsidi transfer etmək təklif olunub.
Hazırda “Bohemians” klubunun üzvü olan təcrübəli futbolçu Çexiya millisində 44 oyun keçirərək 12 qol vurub.
O, vaxtilə Rusiyanın “SSKA, Yunanıstanın PAOK, Niderlandın “Zvolle” və “Den Haqq”, Türkiyənin “Bursaspor”, Polşanın “Legiya” klublarının da şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media