“Neftçi”nin və 21 yaşlılardan ibarət milli komandamızın keçmiş üzvü Fəhmin Muradbəyli özünə yeni komanda tapıb.
Bizim.Media xəbər verir ki, bir müddət klubsuz qalan futbolçu bundan sonra “Araz Naxçıvan”ın uğurları üçün çalışacaq.
O, birinci divizionun lideri ilə yeni müqavilə bağlayıb.
Müqavilənin müddəti mövsümün sonuna qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media