Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır.
Bizim.Media xəbər verir ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb.
Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.
Qadın güləşi 53 kq.
Təsnifat mərhələsi: Elnurə Məmmədova – Li Denq (Çin) 5:5
1/8 final: Elnurə Məmmədova – Karla Qonzales (Kanada) 0:4
Yunan-Roma güləşi 63 kq.
1/4 final: Taleh Məmmədov – Şermuxammad Şaribcanov (Özbəkistan) 8:1
1/2 final: Taleh Məmmədov – İman Hüseyn Məhəmmədi (İran) 4:4
Final: Taleh Məmmədov – Arif Hüseyn Məhəmmədi (İran) 7:2
67 kq
1/8 final: Həsrət Cəfərov – Luiz Sançes (Kuba) 1:5

Rəşad Rafiqoğlu, Bizim.Media