Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir.
Bizim.Media xəbər verir ki, turnirin ilk günü 4 idmançımız medallar uğurunda mübarizəni təmin edib.
Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq) və Mədinə Sadiqova (-55 kq) bazar günü bürünc medal uğrunda mübarizə aparacaq. Şənbə günü daha bir neçə karateçimiz yarışa qatılacaq.
Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.
Rəşad Rafiqoğlu, Bizim.Media