Nazim Süleymanov Rusiya "Ximki"sinin əvəzedici komandasının baş məşqçisi təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
N.Süleymanov bundan əvvəl "Ximki"nin U-19 komandasının baş məşqçisi idi. O, ötən ilin sentyabrından həmin vəzifədə işləyirdi.
Qeyd edək ki, milli komandamızın sabiq kapitanı olan N.Süleymanov Azərbaycanda müxtəlif vaxtlarda “Xəzər Lənkəran”, AZAL, “Neftçi”, “Sumqayıt” və U-19 yığmasının baş məşqçisi olub.
Bizim.Media