“Qarabağ” əsas oyunçularından biri olan Ramil Şeydayevlə müqavilənin müddətini artırmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu, o qədər də asan olmayacaq.
Çünki millimizin üzvü Ağdam təmsilçisinin yeni təklifini hələ ki, qəbul etməyib. O, rəhbərlikdən fikirləşmək üçün vaxt istəyib. Çünki futbolçuya xarici klublardan, xüsusilə Rusiya təmsilçilərindən ciddi təkliflər var.
Qeyd edək ki, Ramil Şeydayevin “Qarabağ”la müqaviləsi bu ilin yayında başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media