PSJ-nin zədəli futbolçusu Kilian Mbappenin durumu məlum olub.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən hücumçunun bisebs əzələsində problem aşkarlanıb.
Onun təxminən 3 həftə meydana çıxa bilməyəcəyi açıqlanıb.
Bu isə o deməkdir ki, Mbappe fevralın 14-də Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə keçiriləcək görüşü buraxacaq.
Digər zədəli futbolçu Serxio Ramosun da bu gün müayinədən keçəcəyi bildirilib.
Bizim.Media