Fevralın 2-də "Sərhədçi" İdman Mərkəzində, "Sərhədçi PİK" və "Neftçi İK" basketbolçuları arasında 16-cı turun daha bir oyunu baş tutdu.
Bizim.Media xəbər verir ki, oyuna üstün başlayan "Sərhədçi PİK" basketbolçuları yekunda meydandan 86-77 hesablı qələbə ilə ayrıldılar.
Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Keron Beyker - 21 xal, 2 asist ), "Neftçi İK" ( Davit Lomidze - 20 xal, 3 ribaund ) seçilib.
Rəşad Rafiqoğlu, Bizim.Media