Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etməyib.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin ötən il dekabrın 15-də 1-ci divizionda çıxış edən "Neftçi-2" komandasının baş məşqçisi Rəşad Abdullayev barəsində verdiyi 5 oyunluq kənarlaşdırma cəzası və 400 manatlıq cərimə qüvvədə saxlanılıb.
Qeyd edək ki, Abdullayev "Araz Naxçıvan"la 14-cü turun matçında hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alıb.
Bizim.Media