Qadınlardan ibarət milli komandamızın üzvü Şəfaqət Alışanova legioner həyatını başa vurub.
Bizim.Media xəbər verir ki, yenidən Azərbaycana qayıdan təcrübəli voleybolçu artıq vətəndə oynayacaq.
O, “Azərreyl” klubu ilə müqavilə bağlayıb.
Sözləşmənin detalları açıqlanmayıb. Alışanova son olaraq Macarıstanın "MAV Elore SC" komandasında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media