Futzal üzrə Yüksək Liqa yarışlarında qış fasiləsi başa çatıb.
Bizim.Media xəbər verir ki, bu gün 11-cu turun oyunlarına start veriləcək.
İlk olaraq “Baku Fire” – “Neftçi” görüşü olaraq. Bu qarşılaşma saat 14-də başlayacaq. Saat 16-da isə ölkə çempionu “Araz Naxçıvan” “Alyans”ı sınağa çəkəcək. Turun sonuncu oyununda isə U-19 “Rekord klub” futzalçıları ilə üz-üzə gələcək.
Qeyd edək ki, 10 turdan sonra 28 xalı olan “Araz Naxçıvan” turnir cədvəlinin lideridir. Turun bütün görüşləri Bakı idman sarayında olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media