"Mançester Yunayted"də yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, Markus Reşford bu ilin ilk ayının ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, ingilis hücumçu ardıcıl üçüncü aydır ki, komandanın ən yaxşı oyunçusu olub. O, bundan əvvəl mükafatı müvafiq olaraq noyabr və dekabr aylarında alıb.
Bizim.Media