“Qarabağ”dan ayrılan qanalı Ovusu Kvabenanın yeni klubundakı qazancı bəlli olub.
Bizim.Media xəbər verir ki, Macarıstanın “Ferentsvaroş” klubuna keçən futbolçu çıxdığı hər oyun üçün 8 min avro olacaq.
Bundan başqa o, vurduğu hər qola görə əlavə 5 min avro gəlir əldə edəcək. 3 il öncə “Qarabağ”a “Leqanes”dən gələn hücumçu bir müddət icarə əsasında “Ankaragücü”ndə çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media