Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open"də qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda yaponiyalı Yuto Nişuçi ilə qarşılaşıb.
Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media