1 fevral tarixində "Sərhədçi" İdman Mərkəzində, "AAAF Xırdalan BK" və "Sabah BK" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasında (ABL) 16-cı turun açılış oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, oyuna üstün başlayan "Sabah BK" basketbolçuları oyunun sonunda parketdən 82-63 hesablı qələbə ilə ayrıldılar.
Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Devin Pullum - 22 xal, 4 asist ), "Sabah BK" ( Entoni Patti - 20 xal, 13 ribaund ).
Qeyd edək ki, 16-cı turun digər oyunları ("Sərhədçi PİK" - "Neftçi İK", "Zirvə Astara BK - "Gəncə BK", "Olimpik Şəki BK" - "NTD BK" ) 2, 4 və 5 fevral tarixlərində keçiriləcək.






Rəşad Rafiqoğlu, Bizim.Media