“Zirə”nin qış fasiləsində heyətindən uzaqlaşdırdığı Təmkin Xəlilzadə böyük futbolda özünə yeni komanda tapa bilmədi. Amma 29 yaşlı futbolçu özünü futzalda sınamağa qərar verdib.
Bizim.Media xəbər verir ki, futbolçu yüksək və Birinci yox, səviyyəcə daha zəif olan ikinci Liqada oynayacaq.
Təmkin bu yarışda lider olan “Rəvan”la anlaşıb. Daha çox intizamsız hərəkətləri ilə yadda qalan Təmkinin burada nə qədər tab gətirəcəyi maraq doğurur.
Rəşad Rafiqoğlu, Bizim.Media